- Baxış sayı: 50
- 17 Fevral 2026 23:41
- Baxış sayı: 354
- Fevral 16, 2026
- 0

Qazan təmsilçisi “Rubin” müdafiəçisi Konstantin Nijeqorodovla əməkdaşlığı davam etdirmək qərarına gəlib.
Allsport.az xəbər verir ki, tərəflər arasında imzalanan yeni müqavilənin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Cari mövsümdə Tatarıstan klubunun heyətində bütün turnirlər daxil olmaqla 13 matçda meydana çıxan 23 yaşlı mərkəz müdafiəçisi, həmçinin sol cinahda da çıxış edə bilir.
Nijeqorodov 2021-ci ildən “Rubin”in uğurları üçün çalışır.