- Baxış sayı: 240
- 19 Dekabr 2025 16:24
- Baxış sayı: 128
- Dekabr 19, 2025
- 0


Qadın voleybolçuların super liqasında növbəti oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, “Gənclik” Olimpiya İdman Kompleksində “Telekom” klubu Gürcüstan millisi ilə qarşılaşıb.
Bakı təmsilçisi hər 3 setdə sevinən tərəf olub – 3:0 (25:14, 25:18, 25:11). Hesabındakı xalların sayını 24-ə çatdıran “Telekom” yarış cədvəlində öncüllüyünü davam etdirir. “Azərreyl” 19 xalla 2-ci, “Azəryol” 10 xalla 3-cüdür.