Terimin köməkçisi Azərbaycan klubunda

“Şəmkir” Futbol klubunun rəhbərliyi rayonda futbolun inkişafı ilə əlaqədar olaraq bir sıra silsilə işlər görür. Allsport.az xəbər verir ki, bu işlər çərçivəsində klub rəhbərliyi tanınmış türkiyəli mütəxəssis, vaxtilə Türkiyə yığma komandasında Fatih Terimin köməkçisi işləmiş Cenk Özcanı ölkəmizə dəvət edib.

Cenk Özcan “Odlar Yurdu”na səfər çərçivəsində 23-30 avqust tarixləri arasında Şəmkirdə olacaq. Tanınmış məşqçi yerindəcə klubun infrastrukturu və uşaq futbolunun vəziyyəti ilə tanış olacaq.

Həmin kateqoriyadan