- Baxış sayı: 43
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, komandamız gürcüstanlı Georgi Papunaişvili ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
27 yaşlı yarımmüdafiəçi Tiflis “Dinamo”sunun yetirməsidir. İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayıb. Gürcüstan yığma komandasında 12 oyuna 2 qol vurub.
Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Georginin son klubu ölkəsində “Telavi” olub.