Timo Qlok: Müasir Formula-1 yarışında həddən artıq qaydalar var

Allsport.az saytı xəbər verir ki, keçmiş formula-1 pilotu hazırkı yarışlardan bəhs edib. O, fikrini belə bölüşüb :” Ötən yarış Fernando Alonso haqsız yerə cərimələndi. Belə halların yaşanmaması üçün, qaydalara yenidən baxılmalıdır.

Müasir Formula-1 yarışında həddən artıq qaydalar var. Baş vermiş hadisə Alonso-nun nüfuzuna mənfi təsir göstərir. “Ferrari” nin son mərhələdə geridə qalması məni məyus etdi. Hard-təkərlərə keçdikdən sonra, hər 2 sürücü sürətini itirdi.

Təəccüblüdür ki, “Mersedes” inamlı olaraq “Ferrari”ni üstələyib. Deməli, onların yarış tempində üstünlüyü var. İndi nəticə hansı komandanın konkret trasda daha sürətli olmasından asılıdır. “Ferrari” və ya “Mersedes”, “Red Bull” ilə “Aston Martin” dən sonra 3-cü yerdə qərarlaşacaq”.

Həmin kateqoriyadan