- Baxış sayı: 21
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, “Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya kubokunun 1/8 finalında “Kalyari” üzərində qazanılan qələbəni (4:1) şərh edib:
“Nəticənin bütün gözləntilərimi üstələdiyini söyləməzdim, çünki yaxşı komanda ilə hazırlaşanda həmişə ən yaxşısına ümid edirsən.
Əlbəttə ki, bəzi oyunçular başlanğıcda bir az həyəcanlı idilər, lakin zaman keçdikcə daha rahatlaşdılar. Oyunçularım keyfiyyətə, istedada malikdirlər. Bəzən gənc futbolçuları çalışdırmaq yaşlılardan daha asandır. Gənc oyunçular öz sözünü deyə bildiklərini sübut edirlər, ona görə də onlar təkcə fövqəladə bir seçim kimi deyil, lazım olanda əlverişli alternativ kimi görünürlər. Bu, klubun uğurudur.
İnanmalı, titul qazanmağa çalışmalıyıq. Çətin bir yol olacaq, çünki “A” seriyasında və Avropa liqasındakı uğur əsas prioritetdir, çünki onlar bizə çempionlar liqasına vəsiqə qazanmaq şansı verir”.