- Baxış sayı: 35
- 02 Mart 2026 14:18
- Baxış sayı: 48
- Mart 02, 2026
- 0

Yunan-Roma güləş millisinin 77 kq-da öncülü Sənan Süleymanov 6 ay komandadan kənarlaşdırılıb. Allsport.az saytına daxil olan məlumata görə, buna səbəb onun yığmada məşqçilər heyəti ilə mübahisəsi olub.
Bu növdə gərginlik hələ Paris-2024-dən öncə var. Adlı-sanlı bahadılar ara-sıra çalışdırıcılardan narazılıqlarını bildiriblər. Səbəblər müxtəlif olub. Millidə elə məşqçi olub ki, işini görmək əvəzinə sosial şəbəkədə idman jurnalistləri ilə deyişib. Sözü gedən titullu güləşçi də yığmada xoş olmayan ab-havanın güdazına gedib.
Xatırladaq ki, Sənan Süleymanov 2 dəfə dünya çempionatının gümüş medalçısı və Avropa çempionu, 2 kərə bu yarışın bürünc mükafatçısıdır.