Toğrul Ərat 3-cü Bundesliqada komandasının qələbə qolunu vurub

Almaniya 3-cü Bundesliqasında 6-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Əratın formasını geyindiyi “Duysburq” doğma meydanda “Verder II” (Bremen) ilə qarşılaşıb.

Qonaqlar bu oyundan qələbə ilə ayrılıb – 1:0. Futbolçumuz görüşə start heyətdə başlayıb. O, 22-ci dəqiqədə komandasına qələbə gətirən qolu vurub. Toğrul 61-ci dəqiqədə əvəzlənib.

6 turdan sonra “Duysburq” 20 klub arasında 14 xalla 1-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan