- Baxış sayı: 35
- 29 Mart 2026 14:51
- Baxış sayı: 107
- Mart 29, 2026
- 0
Almaniyada Niderhayn regional kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Əratın komandası “TuRU Düsseldorf”la qarşılaşıb.
Matç “Duysburq”un 6:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşə start heyətdə başlayan və 90 dəqiqə meydanda olan futbolçumuz, qarşılaşmada ilk qolu vurub. O, 2-ci qolda da məhsuldar ötürmə ilə yadda qalıb.
Bu qələbə Əratın komandasını yarımfinala çıxarıb.