- Baxış sayı: 82
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Almaniya Qərb Regional Liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə “Rot Vays Essen”lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Ərat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 13 xalla 19 klub arasında 9-cu pillədə qərarlaşıb.