- Baxış sayı: 39
- 25 Noyabr 2024 20:27
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
Almaniya Qərb Regional Liqasında 36-cı turun matçları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Əratın oynadığı “Fortuna”nın 23 yaşlıları doğma meydanda “Borussia II” (Münhenqladbax) ilə qarşılaşıb.
Görüş futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 3:2. Həmyerlimiz start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub. Komandasının 3-ncü qolunu məhz Ərat vurub. O, 53-cü dəqiqədə hesabı 3:1 edib. Düsseldorf təmsilçisinin 2-ci komandası hazırda 53 xalla 19 klub arasında 5-ci pillədə qərarlaşıb.