Toğrul Əratın “Fortuna”sı gətirmədi

Almaniya Qərb Regional Liqasında 9-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.

Düsseldorf təmsilçisi doğma meydanda “Velbert”lə qarşılaşıb. Görüş 1:1 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Ərat sonadək mübarizə aparıb.

Qeyd edək ki, Toğrulun komandası hazırda 13 xalla 19 klub arasında 9-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan