Toğrul Əratın komandası səfərdə uduzdu

Almaniya Qərb Regional Liqasında 35-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin orta xətt oyunçusu yarımmüdafiəçisi Toğrul Əratın formasını geyindiyi “Fortuna”nın 23 yaşlıları növbəti matçına çıxıb.

Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə “Alemanniya” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1. Ərat start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub.

Qeyd edək ki, Toğrulun komandası hazırda 50 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan