- Baxış sayı: 65
- 27 Mart 2026 18:30
- Baxış sayı: 30
- Mart 29, 2026
- 0
Almaniya kubokunda 1-ci mərhələnin oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Əratın çıxış etdiyi “Duysburq” komandası “Yunion Berlin”lə qarşılaşıb.
Görüş futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:2. Nəticədə, “Duysburq” kubokda mübarizəni startdaca dayandırmalı olub. Ərat bu görüşün iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.