- Baxış sayı: 3
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0
Almaniya 3-cü Bundesliqasında 14-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Əratın şərəfini qoruduğu “Duysburq” səfərdə “Halleşer”lə qarşılaşıb.
Futbolçumuzun komandası bu matçda heç-heçə edib (0:0). Toğrulun adı görüşün iştirak ərizəsində yer almayıb. “Zebrlər” 13 turdan sonra 25 xalla 20 klub arasında 1-ci pillədə gedir.