- Baxış sayı: 77
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Almaniya Qərb Regional Liqasında 8-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə “Veqberq-Bik”lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Ərat sonadək mübarizə aparıb. Matçda hesabı da məhz 44-cü dəqiqədə Toğrul açıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 12 xalla 19 klub arasında 5-ci pillədə qərarlaşıb.