Tokio-2020-nin daha 19 iştirakçısında koronavirus aşkar edilib

Tokio olimpiadasının rəsmi açılışı olacaq. Allsport.az saytı xəbər verir ki, daha 19 iştirakçıda koronavirus qeyd alınıb. Onlardan 3-ü İdmançılar kəndində yaşayan rezidentlərdir.

COVID-19 virusunun aşkar edildiyi şəxslərdən digər 3-çü əcnəbi idmançı, 3-ü əcnəbi jurnalist, 10-u olimpiya nümayəndə heyətinin üzvü və daha 3-ü müqavilə ilə işləyən əməkdaşlardır.

Beləliklə, iyulun 23-dək olan məlumata görə Tokio-2020 ilə birbaşa əlaqəli olan şəxslər arasında koronavirusa yoluxanların sayı ümumilikdə 110 nəfərə çatıb. Onlardan 56-sı Yaponiya sakini, 54-ü isə əcnəbidir. Həmçinin bildirilir ki, virusa yoluxanlar arasında 13 idmançı, 8 KİV nümayəndəsi və bir könüllü var. Onlardan yalnız 12-si İdmançılar kəndə yaşayır.

Olimpiya oyunları avqustun 8-də başa çatacaq. Açılışda 950 nəfərin iştirak edəcəyi gözlənilir.

Həmin kateqoriyadan