- Baxış sayı: 625
- 26 Yanvar 2026 09:09
- Baxış sayı: 159
- Fevral 04, 2026
- 0

Tokio yay olimpiya və paralimpiya oyunlarının rəsmi tərəfdaşı “Asahi Shimbun” qəzeti Yaponiya hökumətini tədbiri ləğv etməyə çağırıb. Allsport.az saytı xəbər verir ki, nəşrin “Redaktor rəyi” bölməsində yer alan məqalədə deyilir:
“Yeni növ koronavirusun yayılmasının qarşısı hələ də alınmayıb, Tokioda və bir sıra digər bölgələrdə fövqəladə vəziyyətin müddətinin uzadılacağı gözlənilir.
Belə olan halda, biz olimpiya oyunlarının təşkilini düzgün hesab etmirik. Baş naziri yaranmış durumu ayıq başla qiymətləndirməyə və qarşıda gözlənilən yarışları ləğv etməyə çağırırıq”.