- Baxış sayı: 119
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Tokio-2020 təşkilatçıları olimpiya oyunlarının başlamasına düz 1 il qalmış medallarının tərtibatını təqdim ediblər. Allsport.az saytı xəbər verir ki, mükafatların hər birinin üzərində ənənəvi “itimatsu” yapon naxışları ilə şahmat qaydasında və ağ rəngdə təsvir edilib. Onu hər tərəfdən üçölçülü və çoxşaxəli “burulğan” əhatə edib. Medalın arxa tərəfində qədim mifologiyadan Nika ilahəsinin təsviri var. Medalların dizaynının müəllifi yaponiyalı Cyunyiti Kavanisidir.
Üzərində “itimatsu” naxışları olan parçalar Yaponiyada Edo dövründə (XVII-XIX-əsrin birinci yarısı) populyar olub. Dizaynerlər bildirirlər ki, Yaponiyaya məxsus olan bu cür emblem zərifliyin və incəliyin rəmzidir. Həndəsi fiqurların müxtəlif formaları dünyada mədəniyyətlərin rəngarəngliyini göstərir. Olimpiya medalının çəkisi 550 qramdır. Onları bütün ölkədə istifadə olunmuş elektronika cihazlarının, xüsusən smartfonlar və planşetlərin hissələrindən hazırlamaq qərara alınıb. Yaponiya əhalisi üçün bu konsepsiya tamamilə uyğun olub, çünki utilizasiya əlavə xərc tələb edir və bu cür cihazları elə-belə küçəyə atmaq olmur.
Bu aksiyanın keçirildiyi iki il müddətində şəhərlərin hakimiyyətləri bütün ölkə boyu 79 min ton elektronika toplayıblar. Telekommunikasiya operatoru NTT şirkətinin mağazalarına isə daha 6 milyon mobil telefon təhvil verilib. Bütün bu tədbirlərin nəticəsində Olimpiya medallarının hazırlanması üçün 32 kq qızıl, 3,5 ton gümüş və 2,2 ton bürünc əldə edilib.
Tokio olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək, paraolimpiada avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.