Tokio-2020 təşkilat komitəsi olimpiyaçıların koronavirus testlərinin sayını artırmaq istəyir

Tokio yay olimpiya oyunlarının təşkilatçıları idmançılar arasında koronavirus testlərinin sayını artırmaq niyyətindədirlər. Allsport.az saytı xəbər verir ki, təşkilat komitəsinin rəhbəri Seyko Haşimoto bu barədə müsahibə verib. Onun sözünə görə, yoxlama testlərinin olimpiya və ya Paralimpiya kəndləri ərazisindəki ixtisaslaşmış laboratoriyada aparılması nəzərdə tutulur.

BOK-un yarış üçün yaydığı qaydalara görə, idmançılar ən azı 4 gündə 1 dəfə test verməlidirlər. İdmançı bu obyektlərdən kənarda yaşayırsa, testlərdən keçmək üçün xüsusi nəqliyyat vasitəsindən istifadə etməli olacaq. Test nəticələrini smartfonda xüsusi tətbiq vasitəsilə izləmək mümkün olacaq.

Həmin kateqoriyadan