- Baxış sayı: 121
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Tokio olimpiya oyunları tarixində ən çox hazırlaşan şəhərdir. Tarixi sözünü istifadə edərkən, hər zaman çox diqqətli oluram. Amma əminliklə deyə bilərəm ki, Tokio-2020 tarixi olimpiada olacaq”.
Allsport.az saytı xəbər verir ki, bunu BOK-un prezidenti Tomas Bax deyib. O, gələn Yaponiya paytaxtında keçiriləcəyinə inandığını bildirib. Hökumət koronavirus pandemiyasını nəzərə alaraq, hazırlıq dövründə hər cür səy göstərir.
Tokio olimpiadasının təşkilatçıları koronavirusa qarşı mübarizə tədbirlərinə təxminən 100 milyard yen (960 milyon dollar) xərcləmək niyyətindədirlər. Bu məbləğin böyük hissəsinin Yaponiya hökuməti tərəfindən veriləcəyi gözlənilir.
Yaponiya paytaxtında olimpiada 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olsa da, pandemiya səbəbindən təxirə salınıb. Olimpiya oyunları bu şəhərdə 2021-ci il iyulun 23-dən avqustun 8-dək olacaq.