- Baxış sayı: 432
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Koronavirus pandemiyasına görə təxirə salınan Tokio-2020 yay olimpiya oyunlarının keçiriləcəyi tarix müəyyənləşib. Allsport.az “New-York Times” nəşrinə istinadən xəbər verir ki, oyunlar 2021-ci il iyulun 23-də start götürəcək.
Bununla bağlı beynəlxalq olimpiya komitəsinin rəsmi açıqlama verəcəyi gözlənilir. Yarış Tokio-2020 adı altında keçiriləcək.
Olimpiadanın bağlanış bərasimi avqustun 8-nə planlaşdırılıb.
Yay olimpiya oyunları bu il iyulun 24-dən avqustun 8-dək nəzərdə tutulmuşdu.