Tom Butçer: Bakı şəhər halqasında tikinti işləri yarışadək bitməyəcək

10-12 iyunda Formula-1 üzrə dünya çempionatının 8-ci mərhələsi çərşivəsində Azərbaycan mükafat yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Bakı şəhər halqası əməliyyat şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer düşərgə ərazisində də infrastruktur-quraşdırma işlərinə də start verildiyini deyib:

“Bizim ötüşmə şəhər treki olduğundan, tikinti işləri yarışadək bitməyəcək. Bunları iyunun 6-dək yekunlaşdırmağı düşünürük. Beynəlxalq avtomobil federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək. Sevindirici xəbər ondan ibarətdir ki, biz tribunalara və trekə qayıtmışıq. Bakı şəhər halqasının əməkdaşları
durmadan çalışırlar. Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik”.

Şəhərin qeyd olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq, vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunur. BŞHƏŞ vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.

Həmin kateqoriyadan