- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Formula1 Azərbaycan qran-prisinə hazırlıq işinin 90 faizi başa çatıb. Pit və komanda binaları, eləcə də qarajlar yarışa tam hazırdır. Allsport.az saytı xəbər verir ki, bu sözü Bakı Şəhər Halqası əməliyyat şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə müsahibəsində deyib.
Onun bildirdiyinə görə, tribunalarla bağlı işlərin 95 faizi yekunlaşıb. Qalan işlər də növbəti günlərdə tamamlanacaq. Bizi bir həftə sonra çox gözəl yarış gözləyir və hamı Bakı küçələrində sürücülərin mübarizəsinə şahid olacaq. Ötən il olduğu kimi, trekin düşdüyü mərkəzi küçələr nəqliyyatın hərəkəti üçün bağlanacaq.
Mütəxəssis qeyd edib ki, dəniz və hava yolu ilə gələn bütün yüklər artıq Bakıya çatıb. Gələn həftənin əvvəlində Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri Bakı trekinə baş çəkib, inspeksiya işlərini həyata keçirəcəklər. Bakı treki standartlara uyğundur və yağışlı, eyni zamanda, küləkli hava şəraitinə hazırdır.
Formula1 Azərbaycan mükafat yarışı aprelin 27-29-da keçiriləcək.