Tomas Bax: “Ağ oyunlar”la Qətər-2022 Dünya Kuboku eyni vaxtda keçirilməyəcək

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ilə qış Olimpiya oyunlarının eyni vaxta düşməsini ağlabatan saymayıb. Allsport.az saytı xəbər verir ki, əvvəlcə Qətərdə yayın isti keçməsi səbəbindən Dünya Kubokunun ola bilsin ki, qışda keçirilməsi barədə xəbər yayılmışdı.

“Reuters” agentliyinin məlumatında Tomas Baxın aşağıdakı fikirləri yer alıb: “Belə halda nə dünya çempionatı, nə də Qış Olimpiya Oyunları layiq olduqları qədər tam dəyərləndirilməyək. Bu, televiziya işçilərinə və sponsorlara da böyük problemlər yaradar.

Biz bu barədə FİFA ilə çoxdandır ki, danışırıq. FİFA-nın prezidenti Yozef Blatter söz verib ki, belə hal baş verməyəcək. Bu, hər iki tərəfin marağındadır, əks halda elə vəziyyət yarana bilər ki, bundan hamı itirər”.

Həmin kateqoriyadan