- Baxış sayı: 33
- 30 Mart 2026 21:25
- Baxış sayı: 275
- Mart 30, 2026
- 0

“Tondela”da çıxış edən millinin futbolçusu Renat Dadaşov, Portuqaliya kubokunun 1/4 finalında “Riu Ave”ni 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib.
Allsport.az saytı xəbər verir ki, 23 yaşlı hücumçu qələbə qolu barədə bunu deyib: “Bəli, mən topa ilk toxunuşumda qol vurmağı bacardım. Amma bu, futboldur. Qol vurduğum üçün xoşbəxtəm. Mən sadəcə, qol vurmuşam, biz bir ailəyik və finala çıxmağı arzulayırıq”.
95-ci dəqiqədə meydana daxil olan Dadaşov, cəmi bir dəqiqə sonra komandasının çox vacib qolunu vurub. Bu qol oyunda yeganə olub və “Tondela” yarımfinala vəsiqə qazanıb.