- Baxış sayı: 33
- 30 Mart 2026 21:25
- Baxış sayı: 279
- Mart 30, 2026
- 0

“Sabah” Antalyada toplanışının ilk yoxlama oyununda Macarıstan “Pakş” klubu ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, matçla bağlı komandamızın baş məşqçisi Murad Musayev bunu deyib:
“Görüşdə bəzi məqamlar məni razı saldı. Topa nəzarət və irəli xətdə anlaşma yaxşı səviyyədə idi. Düşünürəm ki, bu gün biz hücumda daha təhlükəli və qələbəyə yaxın tərəf idik.
Amma təlim-məşq toplanışında nəticənin heç bir önəmi yoxdur. Vacib olan qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək və mümkün zədələrdən yayınmaqdır”.