- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Mərc həvəskarları üçün “Topaz”la futbol həyəcanı davam edir. Allsport.az saytı xəbər verir ki, Avropanın 1 nömrəli klub turniri çempionlar liqasının oyunları öz yerində, ondan başqa, İspaniya Primerosunda, İngiltərə, İtaliya, Polşa, Danimarka və Rusiyanın aşağı liqalarında, həmçinin Serbiya, Slovakiya, Yaponiya, Misir, Meksika və Peruda keçiriləcək kubok görüşləri də bugünkü “Topaz” proqramında əksini tapıb. Tam 106 oyun! Onlardan 41-nə oyunların gedişində, canlı mərc etmək olar. 8 matça isə “təkli oyun” statusu verilib. “Təkli oyunlar”dan 7-si Çempionlar Liqası matçları, biri isə ispan La Liqasının əvvəlki turlardan təxirə salınmış “Rayo Valyekano” – “Atletik” qarşılaşmasıdır. “Təkli oyunlar”dan xüsusi maraq doğuranları:
Saat 23:00. “Barselona” – “İnter” (kod 107)
B qrupunun liderlərinin dueli. Hər iki komanda 2 oyundan maksimum xal toplayıb. Axşamkı görüşdə üstün olan tərəf qrupun şəriksiz lideri olacaq. “İnter” hazırda yüksəliş dövrünü yaşayır. Luçano Spalletinin komandası A Seriyası və çempionlar liqasında keçirdiyi son 7 matçda uduzmayıb. Ötən həftəsonu isə prinsipial Milan derbisində əzəli rəqibinə qalib gəlib (1:0). Lakin həmin görüş “İnter” üçün itkisiz olmayıb. “Neradzurra”nın əsas fiqurlarından biri Raca Nainqqolan zədələnib və onun “Barsa”ya qarşı oynayacağı sual altındadır. “Barselona”nın itkiləri isə daha çoxdur. Ən əsası, komandanın lideri Lionel Messi zədə səbəbindən “İnter”lə oyunda olmayacaq. Ondan başqa, Samuel Umtiti və Tomas Vermalen də zədə üzündən matçı buraxacaq. Statistikaya gəlincə, tərəflər arasındakı 10 görüşdən 5-də “Barsa”, ikisində isə “İnter” üstün olub. Milanlılar “Nou Kamp”da sonuncu qələbəni uzaq 1970-ci ildə qazanıb. Ondan sonra Barselonaya hər 3 səfər məğlubiyyətlə bitib. Bu 3 oyunda “İnter” hətta bir qol belə vura bilməyib. İki futbol “nəhəng”inin budəfəki duelinə “Topaz”ın təklif etdiyi əmsallar: “Barselona”nın qələbəsi 1.45, heç-heçə 3.85, “İnter”in qələbəsi 4.85.
Saat 23:00. PSJ – “Napoli” (kod 696)
“Ölüm qrupu” sayılan C qrupunda vəziyyət adına uyğundur. 2 oyundan sonra “Napoli” 4 xalla liderdir. “Liverpul” və PSJ 3 xalla sonrakı yerləri bölüşdürür. “Liverpul”un bu axşam öz meydanında “Srvena Zvezda”ya qalib gəlmək ehtimalı yüksək olduğundan, qrupun Parisdə keçiriləcək matçının əhəmiyyəti ikiqat artır. “Napoli” qrup lideri olsa da, PSJ görüşün aşkar favoriti hesab olunur. Bu da təsadüfi deyil. Komanda hazırda rəqibləri üçün “dəhşət saçır”. Parislilər sanki qol manyakına çevrilib. Son 6 matçın hamısını böyük hesabla qazanıblar. Fransa Liqasında ortabab “Amyen” və nüfuzlu “Lion”la oynadıqlarının fərqində belə olmayıblar: hər ikisinə 5 cavabsız qol vurublar. ÇL-də ötən tur “Srvena Zvezda”nı darmadağın ediblər – 6:1. Ümumiyyətlə, iyulun ortalarından bəri yoldaşlıq görüşləri də nəzərə alınmaqla, PSJ-nin son 17 matçının hamısı “üst” bitib. Axşamkı dueldə Fransa çempionunun heyətində zədəli Di Maria, Veratti və Dani Alveşin oynayacağı sual altındadır. Təcrübəli qapıçı Buffon isə qırmızı vərəqə cəzalısı olduğundan, matçı buraxacaq. “Napoli”də İnsinye və Kulibalinin yüngül zədəsi olsa da, meydana çıxacaqları gözlənilir. “Topaz”ın bu oyun üçün təklif etdiyi əmsallar: PSJ-nin qələbəsi 1.40, heç-heçə 4.15, “Napoli”nin qələbəsi 5.
Saat 23:00. “Qalatasaray” – “Şalke” (kod 108)
Azərbaycanda çoxsaylı azarkeşi olan “Qalatasaray” da bu axşam vacib oyuna çıxacaq. “D” qrupunda 2 oyundan 3 xal toplayan “cim-bom” 2-ci pillədə qərarlaşan “Şalke”ni qəbul edəcək. Bu komandalar indiyədək 2 dəfə qarşılaşıb. 5 il əvvəl ÇL-də baş tutan həmin görüşlərdə “Qalatasaray” Helzenkirhen təmsilçisinə uduzmayıb. (3:2 və 1:1). Alman Bundesliqasında hazırda 16-cı sırada qərarlaşan “Şalke” qeyri-sabit mövsüm keçirir. Bir tərəfdən də zədə epidemiyası komandanı çətin vəziyyətə salıb. “Qalatasaray”la matçda 6 oyunçunun meydan çıxacağı sual altındadır. Türklərdə isə əsas itki zədəli Əmrə Akbabanın yoxluğudur. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz”da bu görüşə həm “təkli”, həm də canlı mərc edə bilərsiz. Əmsallar: “Qalatasaray”ın qələbəsi 2.45, heç-heçə 3, “Şalke”nin qələbəsi 2.75.
Seçim genişdir, qazanmağın isə bir yolu var – “Topaz”!!!