- Baxış sayı: 163
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 163
- Dekabr 05, 2025
- 0
Bu gün Topaz Premyer Liqasında 15-ci tura yekun vurulur. Allsport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.
Öncə “Sumqayıt” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. Turun qapanış matçında isə “Rəvan”la AzAL üz-üzə gələcək.
Topaz Premyer Liqası
15-ci tur
7 dekabr (bazar ertəsi)
17:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Coşqun Həsənov, Ziya Nəsirov.
Sumqayıt. “Kapital Bank Arena”.
20:00. “Rəvan” – AzAL
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Rəvan Həmzəzadə.
Bakı. “Bayıl Arena”.
Turun digər oyunları: “Xəzər Lənkəran” – “Qəbələ” 0:1, “Neftçi” – “Zirə” 1:1, “Qarabağ” – “İnter” – 1:0.
Bombardirlər:
6 – Riçard Almeyda (“Qarabağ”), Ruslan Qurbanov (“Neftçi”), Aleksey Antonov (“Qəbələ”).
5 – Dieqo Martins (“İnter”).