- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bu gün “Topaz”da xüsusi günlərdən biridir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru öz müştərilərinə Avropa liqasının bu axşam keçiriləcək 24 görüşündən 22-sinə “təkli” mərc etmək imkanı verir. Allsport.az saytı xəbər verir ki, canlı mərci isə bütün oyunlara etmək olar. O cümlədən Azərbaycan çempionu “Qarabağ”ın “Sportinq”lə qarşılaşmasına. “Qarabağ” pley-offa çıxmaq üçün nəzəri şansları saxlamaq istəyirsə, bu axşam mütləq qalib gəlməlidir. “Sportinq” isə hətta heç-heçə edərsə və qrupun digər matçında “Vorskla” “Arsenal” qarşısında xal itirərsə, 1\16 finala vəsiqəni rəsmiləşdirəcək. “Qarabağ”da zədəli Emeqara oynamayacaq. “Sportinq”in isə müxtəlif səbəblərdən bir neçə əsas oyunçusu – Akunya, Battaqliya, Montero, Rafinya, Ristovski meydana çıxmayacaq.
“Sportinq”in 3 həftə əvvəl təyin olunan yeni baş məşqçisi Marsel Keyzer axşamkı qarşılaşmada bir neçə gənc futbolçuya şans verəcəyini bildirib. “Qarabağ” üçün matçı əhəmiyyətli edən məqamlardan biri də kapitan Rəşad Sadıxovun avrokuboklarda 100-cü oyuna çıxmasıdır. Görək, “Qarabağ” futbolçuları öz kapitanlarının yubiley görüşünə hansı hesabı “hədiyyə” edəcək? Bakı olimpiya stadionunda saat 21:55-də başlanacaq matçı çexiyalı hakimlər briqadası idarə edəcək. “Qarabağ”ın Avroliqadakı sonuncu ev oyununa “Topaz”da “təkli” və canlı mərc edə bilərsiz. Əmsallar: “Qarabağ”ın qələbəsi 3.15, heç-heçə 3.10, “Sportinq”in qələbəsi 2.20.
Gecənin digər maraqlı oyunlarına gəlincə, Moskvada “Spartak”la Vyana “Rapid”inin dueli həlledici xarakter daşıyır. “Spartak”ın aktivində 5, “Rapid”in isə 4 xalı var. Hər iki komanda üçün qələbə növbəti mərhələyə doğru mühüm addım olacaq. Avstriyadakı oyunda 0:2 hesabıyla uduzan rusların revanş qçqn oynayacağı şübhə doğurmur. “Topaz”da qarşılaşmaya bu əmsallarla mərc edə bilərsiz: “Spartak”ın qələbəsi 1.60, heç-heçə 3.85, “Rapid”in qələbəsi 4.55.
Norveçdə keçiriləcək “Sarpsborq”-“Beşikdaş” görüşü də “ölüm-dirim” xarakterlidir. “Sarpsborq” 5 xalla lider “Genk”dən 2 xal geri qalır. Hesabında 4 xalı olan “Beşiktaş” isə qrup sonuncusudur. Norveçdə qazanılacaq qələbə “Qartallar”a həm “Sarpsborq”u, həm də “Malmö”nü keçməyə imkan verəcək. Bir şərtlə ki, “Malmö” öz meydanında qrup lideri “Genk”i uda bilməsin. İ qrupundakı hər iki qarşılaşmanın “Topaz”da əmsalları: “Sarpsborq”un qələbəsi 2.80, heç-heçə 3.15, “Beşikdaş”ın qələbəsi 2.35. “Malmö”nün qələbəsi 3.20, heç-heçə 3.10, “Genk”in qələbəsi 1.95.
Bu cür prinsipial xarakterli daha bir neçə matç var ki, “Topaz”da onlara həm “təkli”, həm də canlı mərc etməyiniz mümkündür. İntuisiyanıza güvənib bu böyük futbol gecəsini qazancla başa vurmaq öz əlinizdədir. Mərcinizi ən yaxın “Topaz” məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz