- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Həftənin futbol baxımından ən “kasad” günü olan bazar ertəsində yenə ənənəvi mənzərədir. Allsport.az saytı xəbər verir ki, azarkeşlər üçün izləməyə, proqnozsevərlər üçün isə mərc etməyə seçim imkanı bu gün elə də geniş deyil. Bununla belə, Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz” müştəri maraqlarını nəzərə alaraq, bugünkü oyun proqramını da maraqlı etməyə çalışıb. Proqnozsevərlərə bugünkü “Topaz” proqramında seçim üçün 39 qarşılaşma təklif edilir. Bunlardan 18-i canlı mərcə çıxarılacaq. 5 matça isə həm canlı, həm də “təkli oyun” kimi mərc etmək olar.
Aparıcı futbol liqalarında, “top-çempionatlar”da bu axşam oyun olmadığından, “Topaz” Yunanıstan və Rumıniyanın əsas, Almaniya və İspaniyanın isə 2-ci liqalarının görüşlərinə “təkli oyun” statusu verib. Almaniya 2-ci Bundesliqasında bu, “Bohum” – “Darmştadt” (kod 1132, saat 23:30) oyunudur. Turnir cədvəlində 11-12-ci yerləri bölüşən bu komandaların son 3 qarşılaşması 2:1 hesabı ilə bitib. Bunların ikisində “Bohum”, birində isə “Darmştadt” qalib gəlib. “Topaz” tərəflərin bugünkü duelində “Bohum”un qələbəsini 1.90, heç-heçə 2.95, “Darmştadt”ın qələbəsini isə 3.20 əmsalla dəyərləndirib.
İspaniya Sequndasında “təkli oyun” gecə saat 12-də başlanacaq “Tarraqona” – “Saraqosa” (kod 1137) görüşüdür. 8 oyundur qələbəyə həsrət qalan saraqosalılar özü kimi autsayderlər qrupunda qərarlaşan “Tarraqona” ilə matçda bu uğursuz seriyanı dayandırmağa çalışacaq. 12 oyuna cəmi 9 xal yığan “Tarraqona”nın özünə də sonuncu pillədən qurtulmaq üçün qələbə çox vacibdir. “Topaz”ın bu oyun üçün müəyyənləşdirdiyi əmsallar: “Tarraqona”nın qələbəsi 2.50, heç-heçə 2.75, “Saraqosa”nın qələbəsi 2.45.