- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
Məlum olduğu kimi, yanvarın 1-dən Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisinə cəlb olunmağa başlayıb. Allsport.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.
Beləliklə, yeni ilin ilk günündən etibarən idman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulmasına başlanılıb.
Amma bu zaman ortaya çox ciddi problemlər çıxıb. “Topaz” müştərilərinin Qaynar.info-ya verdiyi məlumata görə, oyunçular nəinki uduşlarını itirir, həmçinin mərcə qoyduqları məbləğin də bir hissəsindən əlini çəkməli olur.
Belə ki, 1.10 kofsentə 100 manat məbləği yatıran müştərinin ümumi uduş məbləği 110 manat olur. Amma “Topaz” faizi uduş məbləğindən yox, ümumi məbləğdən çıxır. Beləliklə, müştəriyə 110 manat əvəzinə 99 manat (10 fazi çıxıldıqda) ödənilir. Bu isə onun udduğu 10 manatla yanaşı, mərc üçün yatırdığı 1 manatın da itirilməsi deməkdir.
Bu istənilən halda absurd qərardır. Ya “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunda belə boşluğa yol verilib, ya da “Topaz” vəziyyətdən sui-istifadə etmək qərarına gəlib. İstənilən halda uduşdan kənar olan əsas məbləğin vergiyə cəlb olunması heç bir məntiqə sığmır. Görünür, devalvasiya nəticəsində şəxsi büdcələrində böyük itkilərlə barışmalı olanlar millətin cibindən oğurlamaqla öz büdcələrini doldurmaq qərarına gəliblər.