- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bu axşam keçiriləcək 8 oyunla çempionlar liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulacaq. Allsport.az saytı xəbər verir ki, Proqnoz həvəskarları Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz”da bu 8 matçın hər birinə canlı mərc edə bilər.
Bir qarşılaşma istisna olmaqla qalan 7 görüşə isə “təkli” mərc etmək də mümkündür. Ümumiyyətlə, “Topaz”ın bugünkü proqramında 78 oyuna yer verilib. 7 “təkli” oyunla yanaşı, 22 matç canlı mərcə çıxarılacaq. “Gecənin oyunu” statusuna uyğun gələn qarşılaşma isə təbii ki, “Yuventus” – “Mançester Yunayted” duelidir. 15 gün əvvəl Mançesterdə keçirilən oyunda “Yuve” 1:0 hesablı qələbə qazanmaqla “H” qrupunda liderliyi ələ keçirdi. Bu axşam da “qoca sinyora” qələbə qazanarsa, vaxtından əvvəl pley-offa vəsiqəni təmin edəcək. Bu, tərəflərin Çempionlar Liqasında 10-cu görüşü olacaq. Əvvəlki 9 matçın statistikasına görə, hər iki komandanın bərabər sayda qələbəsi var. Bir görüşdə isə heç-heçə qeydə alınıb. “Mançester Yunayted”in Turinə son iki səfəri möhtəşəm qələbələrlə yadda qalıb. 1999-da 3:2, 2003-cü ildə isə 3:0. Amma ser Aleks Ferqyussonun gedişindən sonra əvvəlki nüfuz və əzəmətini itirməyə başlayan “qırmızı şeytanlar” artıq “Yuventus” tiffozisi üçün qorxulu deyil. Əksinə, fantastik bir mövsüm keçirən “Yuve” (komanda mövsümün startından bu yana oynadığı 14 matçdan birində heç-heçə edib, qalanları isə udub) “Mançester Yunayted”lə ilk oyunda olduğu kimi, axşamkı dueldə də aşkar favorit sayılır. “Topaz”da “günün oyunu”na həm canlı, həm də “təkli” mərc edə bilərsiz. Əmsallar: “Yuventus”un qələbəsi 1.55, heç-heçə 3.65, “Mançester Yunayted”in qələbəsi 5.25. “Mançester Yunayted” Turində məğlub olarsa, “Valensiya” öz meydanında “Yanq Boyz”a qalib gəlməklə 2-ci sıranı ələ keçirə bilər. Digər oyunlardan 2 saat tez – saat 21:55-də başlanacaq “Valensiya” – “Yanq Boyz” görüşü üçün “Topaz”ın təklif etdiyi əmsallar belədir: “Valensiya”nın qələbəsi 1.40, heç-heçə 3.90, “Yanq Boyz”un qələbəsi 5.30.
Saat 21:55-də daha bir qarşılaşma da başlanacaq ki, azarkeşlərə gərgin mübarizə vəd edir. Söhbət Moskvada keçiriləcək SSKA – “Roma” oyunundan gedir. 3 oyundan 6 xal yığan romalılar “Real”ın da yer aldığı “G” qrupunun lideridir. 3-cü sıradakı “hərbçilər”in isə aktivində 4 xal var. Ruslar bu gün qələbə qazanarsa, azı 2-ci sıranı ələ keçirəcək, çünki digər matçda “Real”ın Çexiyada “Viktoriya”ya qalib gəlmək ehtimalı yüksəkdir. Həm ruslar, həm də “Roma” oyuna itkilərlə çıxacaq. SSKA-da uruqvaylı legioner Ernandes, həmçinin Kuçayev, Vasin və Makarov zədəlidir. “Roma”da isə eyni səbəbədən De Rossi, Perotti, Pelleqrini oynamayacaq. İki həftə əvvəl Romadakı dueldə meydan sahibləri 3:0 hesablı qələbə qazansa da, “Lujniki”də italyanları ağır oyun gözlədiyi şübhə doğurmur. Bir ay əvvəl bu meydanda “Real”ın SSKA-ya 0:1 hesabı ilə uduzduğunu da xatırlatmaq yerinə düşər. “Topaz”da matça bu əmsallarla mərc edə bilərsiz: SSKA-nın qələbəsi 3.50, heç-heçə 3.25, “Roma”nın qələbəsi 1.80.
Çempionlar liqası həyəcanını “Topaz”la yaşayın, çünki burada həm də qazanmaq şansınız var.