“Topçular” Dublinə gedir

“Arsenal” klubu 2026/27 mövsümü öncəsi hazırlıq planını açıqlayıb.

Allsport.az xəbər verir ki, “topçular” yay təlim-məşq toplanışı çərçivəsində İrlandiyanın paytaxtı Dublində yoldaşlıq görüşü keçirəcək.

Avqustun 5-də, yerli vaxtla saat 19:30-da “Aviva” stadionunda baş tutacaq matçda London təmsilçisinin rəqibi “Real Betis” olacaq.

“Arsenal”ın bu yay ABŞ-də də bir neçə yoldaşlıq oyunu keçirəcəyi gözlənilir.

Həmin kateqoriyadan