“Topçular”ın futbolçusunun ürəyi getdi

“Arsenal”ın qadınlardan ibarət komandasının futbolçusu Frida Manum İngiltərə liqa kubokunun finalında “Çelsi” ilə oyunda huşunu itirib.

Allsport.az xəbər verir ki, oyun bazar günü Volverhemptondakı “Molineux Stadium”unda baş tutub.

Norveçli futbolçu ikinci hissənin əsas vaxtında özünü pis hiss edib. 24 yaşlı Manuma dərhal tibbi yardım göstərilib və xərəkdə meydançadan çıxarılıb.

Daha sonra London klubunun mətbuat xidməti Fridanın huşunu itirdiyini və danışdığını, vəziyyətinin stabil olduğunu bildirib.

Həmin kateqoriyadan