- Baxış sayı: 33
- 10 Mart 2025 23:52
- Baxış sayı: 44
- Mart 09, 2025
- 0
“Qarabağ” klubunun braziliyalı hücumçusu Reynaldo Silva Türkiyədən təklif alıb. Allsport.az saytı xəbər verir ki, “Adanaspor” 27 yaşlı futbolçunun xidmətində maraqladır.
“Toros pələnglər”inin baş məşqçisi Ləvənd Şahin rəhbərlikdən hücum xəttinin gücləndirilməsini istəyib. Rəhbərlik isə Reynaldonu heyətə qatmaq niyyətindədir.
Xəbərdə superliqa təmsilçisinin “Qarabağ”a rəsmi təklif göndərdiyi və yaxın günlərdə “sambaçı”nın transferinin gerçəkləşəcəyi bildirilir. Reynaldo 2013-cü ildən “Qarabağ”da forma geyinir.