Torres İngiltərəyə dönür

“Barselona”nın hücumçusu Ferran Torres İngiltərə premyer liqasına qayıda bilər.

Allsport.az xəbər verir ki, ispan futbolçunun xidmətində “Aston Villa” maraqlıdır. Birmingem təmsilçisinin 24 yaşlı forvardın transferi üçün Kataloniya klubuna 60 milyon avro təklif etməyə hazır olduğu bildirilir.

Torres 2022-ci ildə “Mançester Siti”dən “Barselona”ya 55 milyon avro qarşılığında keçib və onun hazırkı müqaviləsi 2027-ci ilin iyununa kimidir. O, cari mövsümdə çıxdığı 27 matçda 15 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan