Torres satışa çıxarılır

“Barselona” yay transfer pəncərəsində hücum xəttində köklü dəyişikliklər etməyə hazırlaşır.

Allsport.az xəbər verir ki, kataloniyalılar bu il formadan düşən (cəmi 3 qol) Ferran Torresi satmaq qərarına gəliblər.

2027-ci ilə qədər müqaviləsi olan futbolçunun satışından gələcək vəsait (təxminən 50 mln avro) yeni transferlərə yönəldiləcək.

Həmin kateqoriyadan