Torreslə bağlı qərar

Allsport.az xəbər verir ki, “Barselona” hücumçu Ferran Torresi icarəyə vermək istəyir.

Kataloniya klubu başa düşür ki, 23 yaşlı futbolçu komandada qalsa, yeni mövsümdə müntəzəm olaraq oyun şansı almayacaq.

Belə olan halda isə Torresin transfer dəyəri enəcək. “Barselona” bunun qarşısını almaq üçün Ferranı icarəyə vermək variantını seçib.

“Barselona” hücumçunu 2022-ci ilin yanvarında 55 milyon avroya alıb. O, klubda 71 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə verib. 

Həmin kateqoriyadan