- Baxış sayı: 22
- 29 Mart 2026 14:51
- Baxış sayı: 27
- Mart 29, 2026
- 0

İtaliya klublarından “Empoli”nin qapıçısı Quqlielmo Vikario “Tottenhem”ə keçib.
Allsport.az xəbər verir ki, İngiltərə klubu İtaliya təmsilçisinin qapıçısının transferini açıqlayıb. Klub 26 yaşlı qapıçı üçün 19 milyon avro ödəyib.
Vikario 2021/22 mövsümündən İtaliya komandasında çıxış edir. O, ötən mövsüm “A” seriyasında 31 oyuna çıxıb.
Quqlielmo artıq İtaliya millisinə çağırılsa da, hələ bu komandada debüt etməyib.