“Tottenhem”də ağır itki

“Tottenhem” müdafiə xəttində ciddi itki ilə üzləşib.

Allsport.az xəbər verir ki, komandanın sol cinah müdafiəçisi Destini Udogi bud əzələsindən aldığı zədə səbəbindən sıradan çıxıb.

23 yaşlı futbolçu premyer liqanın XXV turunda “Mançester Yunayted”lə səfər matçında (0:2) zədələnərək ikinci hissədə meydanı tərk etməli olub. Komandanın baş məşqçisi Tomas Frank Udoginin təxminən 4-5 həftə yaşıl meydanlardan uzaq qalacağını təsdiqləyib.

Həmin kateqoriyadan