“Tottenhem”dən ayrılacaq

“Tottenhem”in mərkəz müdafiəçisi Kristian Romero cari mövsümün sonunda komandanı tərk etmək qərarına gəlib.

Allsport.az xəbər verir ki, 27 yaşlı argentinalı futbolçu artıq klub rəhbərliyini yay transfer pəncərəsində ayrılmaq niyyəti ilə bağlı məlumatlandırıb.

2022-ci ildə “Atalanta”dan 52 milyon avroya transfer edilən müdafiəçinin müqaviləsi əslində 2029-cu ilə qədərdir. Cari mövsümdə keçirdiyi 28 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan dünya çempionunun bazar dəyəri hazırda 50 milyon avro qiymətləndirilir.

Həmin kateqoriyadan