Tovuz azarkeşlərinə görə cərimə

AFFA-nın intizam komitəsinin iclası keçirilib.

Allsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan premyer liqasının XXIV turunun oyunlarında baş verənlər müzakirə olunub. Komitə müzakirələrdən sonra müvafiq qərarlar çıxarıb.

“Kəpəz” – “Qəbələ” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaq komanda 700 manat cərimə edilib. Azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə, bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “qırmızı-qaralar”a xəbərdarlıq edilib.

“Turan Tovuz” – “Neftçi” matçında meydan sahiblərinin azarkeşi tərəfindən meydançaya kənar əşya atıldığına görə bölgə təmsilçisi 800 manat cərimələnib. Qərb klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Tovuz klubu 1000 manat cərimə edilib. Qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “ağ-qaralar” tərəfindən ödəniləcək.

“Səbail” – “Sabah” 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimələnib.

Həmin kateqoriyadan