- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Turan Tovuz”un futbolçusu Roderik Miller Panama millisinə dəvət alıb.
Allsport.az xəbər verir ki, müdafiəçi ölkə yığmasının İspaniyada keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək.
Panamalıların hazırlıq çərçivəsində 2 yoxlama oyununda qüvvəsini sınaması gözlənilir.
Qeyd edək ki, Panama millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iyunun 7-də Qayana, 3 gün sonra isə Montserrat yığmaları ilə görüşəcək.