- Baxış sayı: 27
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Bu gün premyer liqanın 33-cü turunda “Kəpəz” Tovuzda “Sumqayıt”ı qəbul etdi.
Allsport.az saytı xəbər verir ki, qonaqların üstünlüyü ilə keçən oyunda ilk hissədə hesab açılmasa da, 2-ci yarıda tamaşaçılar 2 qol gördülər.
79-cü dəqiqədə “kimyaçılar”dan Cordan Rezabala fərqləndi. Hakimin oyuna əlavə etdiyi 90+5-ci dəqiqədə Gəncə klubundan Elçin Əlicanov hesabda tarazlıq yaratdı.
90+2-ci dəqiqədə “sarı-göylər”də Olavale Onanuqa birbaşa qırmızı vərəqə aldı. Bundan 3 dəqiqə sonra onun komanda yoldaşı Martins Yunior 2-ci sarı vərəqə ilə meydandan qovuldu.