- Baxış sayı: 16
- 24 Noyabr 2024 21:11
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
“Turan Tovuz” Azərbaycan çempionatlarının yüksək dəstəsində ilk dəfə evdə böyük hesabla uduzub. Allsport.az xəbər verir ki, bu, premyer liqanın XXXI turunun “Sumqayıt”la görüşündə qeydə alınıb.
Qonaqlar bu görüşdə 4:1 hesablı qələbə qazanıblar.
Premyer liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi əvvəlki 33 ev matçında 2-dən artıq top fərqi ilə uduzmamışdı. Qərblilər həm də ilk dəfə öz meydanında 4 qol buraxıb. “Sumqayıt”a qədər Tovuzda ən çox qol vuran qonaq komanda 3 dəfə fərqlənib.
Qarşılaşmada iki yubiley də gerçəkləşib. “Turan Tovuz”un bu matçdakı yeganə qoluna imza atan Otto Con klub tarixinə 50-ci ev topunun müəllifi olub. Tovuzluların öz meydanında buraxdığı 50-ci qola isə Erik Sorqa imza atıb.