Tovuzda mövsümün ən yüksək göstəricisi

Premyer liqanın 3-cü turundan təxirə salınan “Turan Tovuz” – “Qarabağ” oyunu (0:2) rekordla əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, əyalətdə qarşılaşmanı 5800 tamaşaçı izləyib. Bu, cari mövsümün yeni ən yüksək göstəricisidir.

Bunadək ən çox tamaşaçı 1-ci turun “Turan Tovuz” – “Qəbələ” (0:2) və 3-cü turun “Sabah” – “Neftçi” (2:1) matçlarında qeydə alınmışdı. Həmin oyunların 2-sində də 5500 tamaşaçı olub.

Təxirə salınan görüşü də nəzərə almaqla, 3-cü turdakı seyrçi sayı da rekord həddə çatıb. Turun ümumilikdə 5 matçını 14600 tamaşaçı izləyib. Bununla da 1-ci turun rekordu yenilənib. Mövsümün ilk turunda 10600 izləyici olub.

Həmin kateqoriyadan