- Baxış sayı: 22
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
AFFA-nın, Tovuz icra hakimiyyətinin və uşaq gənclər futbol federasiyasının birgə təşkilatçılığı ilə bu rayonunun Bozalqanlı kəndində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
Allsport.az saytı xəbər verir ki, tədbirdə Tovuzun icra başçısı Məmməd Məmmədov, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva, Arzu Nağıyev, Sabir Hacıyev, Müşviq Məmmədli və digər rəsmi şəxslər iştirak edib. Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib.
Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Bu layihə üzrə növbəti tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.