- Baxış sayı: 5
- 05 Dekabr 2025 10:23
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

ABŞ prezidenti Donald Tramp 2026-cı il dünya çempionatı zamanı da daxil olmaqla, braziliyalılar üçün viza qadağasını nəzərdən keçirir.
Allsport.az xəbər verir ki, buna səbəb ölkələr arasındakı diplomatik gərginlikdir.
Məhdudiyyətlərin Braziliya senatorlarının Vaşinqtona son səfəri zamanı artıq hiss olunmağa başladığı deyilir.
Braziliya futbol konfederasiyası mümkün qadağadan xəbərdardır, lakin tədbir görməzdən əvvəl hadisələrin inkişafını gözləyəcək.
2026-cı ildə dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək.