- Baxış sayı: 126
- 20 Mart 2026 23:43
- Baxış sayı: 145
- Mart 19, 2026
- 0

“Bakı olimpiya stadionunda Avro-2020-nin oyunlarının artıq xəyalını qurmağa başlamışam”. Allsport.az saytının məlumatına görə, bu sözü Türkiyə millisinin baş məşqçisi Şənol Günəş İstanbulda qonaq olan “İdman” TV-nin əməkdaşları – Tural Məmmədli və Elçin Cəfərovun aparıcı olduqları “Ay-ulduzlu liqa” verilişində deyib.
Mütəxəssis bildirib ki, tribunalarda Türkiyə və Azərbaycan bayraqlarını, 50 mindən çox azarkeşin dəstəyini düşündükdə, komandasının Bakıdan maksimum xalla ayrılaraq yoluna davam edəcəyini fikirləşir:
“Əksini isə düşünmək belə istəmirəm. UEFA bizə ev sahibliyi vermədi. Amma biz özləri də istəmədən Avropa çempionatında ev sahibi kimi oynayacağıq. Çünki Bakı bizə öz evimiz kimidir”.